
Heydər Əliyev prospektində təmizlik işləri görülüb-FOTO
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik şöbəsi tərəfindən gündəlik olaraq görülən təmizlik işləri rayonda mərhələli şəkildə aparılır.
Növbəti təmizlik işləri Göyçay rayonunun Heydər Əliyev prospektində görülüb.Sanitar-Təmizlik şöbəsinin işçi briqadası prospekti qurumuş xəzəl yarpaqlarından, məişət tullantılarından, daş və digər tullantı parçalarından, plastik qablardan təmizləyib.
Bildirək ki, Göyçay rayonunda abadlıq, təmizlik və quruculuq işləri davam etdirilir.