23 Noyabr 2024 11:27

“200 min yaşayış binasının tikintisinə başlayacağıq”: Ərdoğan

Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər.

Dövlət başçısı səfərdən sonra açıqlamalar verib. O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib.

“Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq”, – deyə Ərdoğan bəyan edib.

O, qeyd edib ki, hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul