Azadsöz.az xəbər verir ki, ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz son mənzilə yola salınıb.
Aktyorla vida mərasimi bu gün Yeni Yasamalda, mərhumun yaşadığı evdə keçirilib.
Mərhumun nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.
Sənətçi son mənzilə alqışlarla yol salınıb.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 67 yaşında dünyasını dəyişib.