23 Noyabr 2024 21:11

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, 30 yanvar 2023-cü il tarixdə Göyçay Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə Ümummilli liderin həyatını əks etdirən guşəyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq “02 fevral – Gənclər günü” münasibətilə gəncləri təbrik edib, hər birinə uğular və müvəffəqiyyətlər arzu edib. Z.Zeynalova bildirdi ki, gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının sədri Sahib Şükürov, Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı İslam Şirinov, gənc fəallar – Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Dilarə Bayramova, Göyçay Dövlət və İdarəetmə Texnologiya Kollecinin tələbəsi Fatimə Mustafayeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının könüllüsü Vüsal Əhmədov, Göyçay Gənclərinin İnkişaf və Karyera Mərkəzinin könüllüsü Sübhan Həzrətquliyev çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirməsindən, müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşməsindən söz açmış və amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər olduğunu qeyd ediblər. Əldə edilmiş Zəfər Qələbəsinin vaxtı ilə Ümummmilli lider tərəfindən əsası qoyulmuş ordu quruculuğundan bəhs ediblər.

Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələrinin və 44 günlük Vətən müharibəsi qazilərindən bir neçəsinə xatirə hədiyyələri təqdim edilib.

Sonda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarxın nümayiş olunub.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul