29 Noyabr 2024 13:38

Yaponiyanın Azərbaycandakı səfiri Göyçayda-FOTO

Azadsöz.az xəbər verir ki, 25 yanvar 2023-cü il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi Göyçay rayonuna səfər edib.

Səfir əvvəlcə rayon icra hakimiyyəti başçısı Natiq Ağayev ilə görüş keçirib. Görüşdə icra hakimiyyəti başçısı səfir Vada Cüniçyə rayonun tarixi, əhalisi, məşğuliyyəti və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib və görülən işlərdən danışıb.

Görüşdə həmçinin Yapon və Azərbaycan xalqlarının dostuluğundan, Azərbaycan hökuməti ilə Yaponiya hökumətinin geniş hərtərəfli əlaqələrindən və bu əlaqələrin günü-gündən inkişafından danışılıb və Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində rayonun müxtəlif sahələri üzrə bu günədək 11 layihənin həyata keçirildiyi qeyd olunmuşdur.

Səfər çərçivəsində səfir Vada Cüniçi və icra hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətində olublar. Müəssisənin rəhbəri Mustafa Bədəlov qonaqlara istehsal prosesi barədə məlumat verib.

Səfir göstərilən diqqətə görə rayon rəhbərinə minnətdarlıq etmiş və qarışıqlıqlı əməkdaşlığın, xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirmişdir.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul