Azadsöz.az xəbər verir ki, 27 yanvar 2023-cü il tarixində saat 11:0-da İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Göyçay rayonunda Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, qəbula gəlmək istəyən Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki “Müraciətlər/vətəndaşların qəbulu/qəbula yazılın” bölməsində qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Xatırladaq ki, qəbul Göyçay Heydər Əliyev Mərkəzində keçiriləcək.