Azadsöz.az xəbər verir ki, “Bavariya” Fransada PSJ-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi matçına itki ilə çıxacaq.
Münhen təmsilçisinin futbolçusu Sadio Mane fevralın 14-də oynanılacaq ilk oyunu buraxacaq. 31 yaşlı vinger zədəsini tam sağaltmadığı üçün meydana çıxa bilməyəcək.
Qeyd edək ki, seneqallı oyunçu Qətərdə keçirilmiş dünya çempionatından əvvəl sıradan çıxmışdı.