Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Qaraməryəm kəndində “Xəstəxana yolu” adlanan ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılması nəticəsində yaranan antisanitar sahənin Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə əraziyə texnika cəlb edilərək təmizlənib, yolun kənarlarında səliqə-səhman yaradılaraq əhalinin rahat gediş-gəlişi üçün şərait yaradılıb.
Qeyd edək ki, sakinlərdən məişət tullantılarını müəyyən edilmiş yerlərə atılması xahiş olunur.