Azadsöz.az xəbər verir ki, 18. yanvar 2023-cü il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilova , Mərkəzi kitabxananın və filial kitabxanalarının bir qrup əməkdaşları 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bakı şəhərində yerləşən,20 Yanvar faciəsində şəhid olmuş və əbədi qan yaddaşımız olan Vətən oğullarının uyuduğu”Şəhidlər Xiyabanı”nı ziyarət ediblər.
Sonra əməkdaşlar ll Fəxri Xiyabanda yerləşən,44 gün davam edən ll Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanların da məzarlarını ziyarət ediblər.
Göyçay rayon Mərkəzi Kitabxananın direktoru Nərmin Xəlilova “Şəhidlər Xiyabanı”nı ziyarət edərkən bildirib ki, canlarını Vətən uğrunda fəda edən şəhidlər xalqın yekdil istəyi ilə paytaxtımızın ən uca və ən gözəl yerində torpağa tapşırıldılar.And yerimizə çevrilən bu müqəddəs məkanlara gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək,”Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik “deyərək and içirlər.
Qyed edək ki, Nərmin Xəlilova 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşıdır.