Azadsöz.az xəbər verir ki, 19 yanvar 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Potu kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək Göyçay rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən və görüləcək işlər barədə kənd sakinlərinə məlumat verdi.
Daha sonra Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Potu kəndi haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.
Görüşdə kənd sakinləri istifadə müddətini başa vurmuş elektrik dirəklərinin yenisi ilə əvəz olunması, içməli su probleminin həlli və digər məsələlərlə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.