Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən rayonun mərkəzində və kəndlərində abadlıq-quruculuq işləri geniş fürsət alıbdır.
Göyçay Abadlaşdırma və təmir idarəsinin əməkdaşları tərəfindən rayonun Heydər Əliyev prospektində və Əli Kərim küçəsində ağacların qurumuş budaqları kəsilib, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri aparılıb.
Qeyd edək ki,mərhələli şəkildə rayonun digər küçələrində də ağacların qurumuş budaqlarının kəsilməsi işləri aparılacaq.