Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Göyçay rayonunun İnçə kəndində yaşayan I Qarabağ müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Teymur Sahəddin oğlu Abdulxalıqovun anası Abdulxalıqova Solmaz Heydər qızı 30 may 2021-ci ildə qısaqapanma nəticəsində evi yandığı üçün Göyçay rayon İcra Hakimiyyətinə etdiyi müraciət əsasında yeni fərdi yaşayış evinin tikilməsinə başlanmışdır. Şəhidimizin ailə üzvləri üçün 81 kv-lıq 4 otaqdan ibarət ev tikilərək ailənin ixtiyarına verilib.
Qeyd edək ki, Abdulxalıqov Teymur Sayəddin oğlu 1974-cü il martın 16-da Göyçay rayonunun İnçə kəndində anadan olub.1993-cü il oktyabrın 8-də həqiqi hərbi xidmətə çağrılıb.1993-cü il dekabrın 22-də şəhid olub. Göyçay rayon İnçə kəndində dəfn olunub.