“Ya Yunanıstan geriyə addım atıb razılaşmaların şərtlərini yerinə yetirəcək, ya da lazım olanı edəcəyik”.
Azadsöz.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Yunanıstanın təxribatçı addımları bitməyəcəyi halda Türkiyə Egey dənizindəki adaların suverenliyi məsələsini qaldırmağa hazırdır.