Azadsöz.az xəbər verir ki, Mundialın 17-ci günü Mərakeş – İspaniya matçı ilə başlayıb. Xorvatiya və Belçika kimi rəqiblərlə eyni qrupda birinci yeri tutan afrikalılar növbəti sensasiyanı gerçəkləşdirmək üçün meydana çıxıb. İspaniya isə favoritlərindən olduğu dünya çempionatında daha bir addım atmağa köklənib.
Bu cütün qalibinin rəqibi günün son matçında bəlli olacaq. Həmin görüşdə Portuqaliya və İsveçrə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 finalın əvvəlki üç günündən sonra 1/4 finalın Niderland – Argentina, Fransa – İngiltərə və Xorvatiya – Braziliya cütləri dəqiqləşib.