Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Paşa Salmanovun bu gün ikinci ildönümüdür.Salmanov Paşa Həkim oğlu 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. 2002- 2013-cü illərdə Çərəcə kəndində orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Paşa Salmanov 10 günlük Ağdam rayonunun Baharlı qəsəbəsində təlimlərdə iştirak edib.Daha sonra 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən iştirak edərək 14 oktyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə başından qəlpə yarası alıb. 52 gün komada olan igidimiz həkimlərin səylərinə baxmayaraq, dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib. 2020 ci il dekabrın 6-da Göyçay rayonun Çərəcə kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Paşa Salmanov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.