23 Noyabr 2024 21:50

“Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edən qurğular istifadəyə verilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Zaur Mikayılov dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, “Şəki-Oğuz” Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün işçi layihəsi “Azdövsutəslayihə” İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır.

Məlumat verildi ki, Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib.

Eyni zamanda, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nasos stansiyasının xarici elektrik təchizatı üzrə 14 kilometr uzunluğunda 35 kVt-luq ikidövrəli elektrik xətti və 16 min kVt gücündə 2 transformator yarımstansiyası inşa edilib.

Diqqətə çatdırıldı ki, Oğuz rayonu ərazisində Ağçay üzərində suqəbuledici qurğu inşa edilib, 10,2 kilometr uzunluğunda metal boru, 160 metr uzunluğunda təmizləyici polad boru xətləri çəkilib və tutumu 2500 kubmetr olan basqılı su hovuzu tikilib.

Dövlətimizin başçısı aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə saldı.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul