Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırığına əsasən rayonun kəndləri ilə yanaşı şəhər ərazisində də yaşıllaşdırma və təmizlik işləri aparılır.
Belə ki, rayonun giriş hissəsində yerləşən Göyçay Olimpiya İdman Kompleksinin qarşısına güllər əkilib, əkilən güllər sulanıb.
Qeyd edək ki, ekoloji tarazlığın qorunması, eyni zamanda təbiətə qayğı hissinin güclənməsi baxımından rayonda görülən abadlıq, təmizlik işləri rayon sakinlərində ruh yüksəkliyi yaradıb.