Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) strukturunda dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.
Dəyişiklikliyə əsasən, DGK-nın tərkibində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Dövlət başçısının imzaladığı fərmana görə, Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.