Azadsöz.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Noyabrın 25-də başlayacaq səfər 2 gün davam edəcək.
Şərif İstanbul Gəmiqayırma Zavodunda Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən hərbi gəminin istismara verilməsi mərasimində iştirak edəcək.
Şahbaz və Ərdoğan ikitərəfli münasibətlər, regional vəziyyət və ümumi maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.