30 Noyabr 2024 03:47

Şəhid Polkovnik Babək Səmidlinin ikinci ildönümü qeyd edildi

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan  Polkovnik Babək Səmidlinin  ikinci  ildönümü  ilə əlaqədar  Şəhidlər Xiyabanında məzarı önündə anım mərasimi təşkil olunub.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhidimizin  döyüş yoldaşları, qazilər,  Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə  Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik  Babək Səmidlinin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış  edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Polkovnik Babək Səmidli  kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar.

Çıxış   edənlər  bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu.

Tədbirdə Türkiyə Cumhuriyyətinin hərbi məktəbində şəhid polkovnik Babək Səmidli ilə birlikdə təhsil almış zabit dostları hərbi məktəbin 25-ci buraxılış ili münasibətilə onun adına hazırlanmış xatirə plaketi və yaxa nişanını övladları Mətləb və Səmidə təqdim ediblər.

Məktəblilər vətənpərvərlik haqqında  şeirlər səsləndiriblər.

Daha  sonra Şəhid Polkovnik Babək Səmidlinin döyüş  yolundan  bəhs  edən videoçarx nümayiş olunub.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi, Vətən müharibəsinin şəhidi Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub. 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində də iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə rəhbərlik edib və onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib.2020-ci il noyabrın 23-də Babək Səmidli  Suqovuşan  ərazisində minaya düşər  və şəhid olub. Babək Səmidli noyabrın 24-də  Göyçay  Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Polkovnik Babək Səmidli ölümündən  sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı və “Zəfər” ordeni  ilə  təltif olunub.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul