Azadsöz.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) DÇ-2022 öncəsi bir mundialda ən çox qol vuran futbolçuların siyahısını hazırlayıb.
İlk pillədə Fransa millisinin sabiq üzvü Jyust Fontendir. O, 1958-ci ildəki turnirdə 13 qolla yadda qalıb. Macarıstanlı Şandor Kocsiş ikinci (1954-cü il, 11 qol), Herd Müller (1970-ci il, 10 qol) isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.