Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Azad Kərimlinin ikinci ildönümüdür.Azad Elşad oğlu Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olub. 2015-2017-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayıb, Azad Kərimli səfərbər olub.21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.
Azad Kərimli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü manqa atıcısı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrundan gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 17 noyabrda Göyçay rayonunda dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azad Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.