Azadsöz.az xəbər verir ki, bura hər kəsin sevərək izlədiyi “Bizim Cəbiş müəllim” filminin çəkildiyi həyətdir.
1909-cu ildə tikilən yaşayış evi yerli əhəmiyyətli memarlıq abidəsi kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunur.
Qeyd edək ki, “Bizim Cəbiş müəllim” filmi 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkilib. Kino əsərinin istehsal müddəti sovet dövrü filmlərinin əksəriyyətində olduğu kimi təxminən 1 il vaxt alıb. Film müharibə dövrü insanın həyat mübarizəsinə həsr olunan mükəmməl sənət əsəridir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.
Photostock.az “Bizim Cəbiş müəllim” filminin çəkildiyi həyətdən fotoları lentə alıb.
Daha çox şəkil burada: Photostock.az