Ukrayna ordusu Donbasda 2 yaşayış məntəqəsini azad etdi – FOTO

Azadsöz.az xəbər verir ki, Ukrayna ordusu Donbasda əks-hücum əməliyyatları zamanı Liman (Donetsk vilayəti) yaxınlığında irəliləməyə nail olub.

Bu barədə Ukrayna ordusunun yayımladığı xəritədə qeyd olunub.

Məlumata görə, əks-hücum zamanı Ukrayna hərbçiləri Limandan təxminən 15 kilometr aralıda yerləşən Serednıye və Şandriqolove yaşayış məntəqələrini azad etməyə nail olublar.

Qeyd edək ki, bu yaşayış məntəqələrini ələ keçirdikdən sonra Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Drobışevoya xeyli yaxınlaşıb.

Açıklama yok.