Şəhid Elnur Əliyevin adına Qəbələdə bulaq-FOTO

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən  müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq  hərbi qulluqçusu MAXE çavuş, Göyçay  rayonunun Potu  kənd  sakini Elnur Ərəstun oğlu Əliyevin adına Qəbələ rayonunun Laza kəndində xatirə bulağı  tikilib.

Xatırladaq ki, Elnur Ərəstun oğlu Əliyev  2000-ci ildə 10 fevralda Göyçayda anadan olub. 2005-ci ildə Göyçay rayon Nizami adına 7 nömrəli məktəbin 1-ci sinifinə daxil olub və 2017-ci ildə tam orta məktəbi bitirib.Elnur Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçusu idi. Hərbi xidmətini fərqlənmə və çavuş rütbəsi ilə bitirib. 2020-ci ilin mart ayında Tərtərdə MAHHXHQ kimi xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin kursunu birinciliklə 500 nəfərin içindən seçilməklə bitirib. Cəlilabad rayonunda N saylı hərbi hissədə Xüsusi Təyinatli Qüvvələrin MAHHXHQ kiçik çavuş kimi fəaliyyətə davam edib.

Elnur Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək, Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 6-da Cəbrayıl istiqamətində  gedən  döyüşlərdə  şəhid olub. Oktyabrın 19-da Göyçay rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra Prezidentin İlham Əliyevin  sərəncamı ilə   “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”  medalları  yanaşı “Bayraq ordeni” ilə  təltif edilib.

Bir 1 kişi, anıt ve açık hava görseli olabilir