Azadsöz.az xəbər verir ki, 26 sentyabrda Odlar Yurdu Universitetinin dosenti Fuad İbadov USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən USAİD-in tədris mərkəzində Göyçay Peşə Liseyinin tələbələri üçün “Yeraltı damlama sistemi (YDS): Su səmərəliyi və kənd təsərrüfat biznesinin gəlirliliyinə təsiri mövzusu üzrə təlim keçib.
Həmin təlim zamanı yeraltı suvarma sisteminin səmərəliyi, davamlılığı, həlləri, sistemin quraşdırılması zamanı əsas elementləri və ən əsası həmin sistemin istifadəsi zamanı əldə edilən iqtisadi səmərəliyi barəsində tələbələrə məlumat verilib.
Göyçay rayonunun Qarabaqqal kəndində USAID-in maliyyələşdirdiyi təlim mərkəzində və nümayiş sahəsində həyata keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olub və təlimdən sonra 4 hektarlıq bağa baxış keçirilib və iştirakçılar qurulmuş müasir damlama suvarma sistemi ilə əyani şəkildə tanış olublar.