Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Elektrik Şəbəkəsinin rəhbəri Ruslan Məmmədovun tapşırığına əsasən rayonun Potu və Cəyirli kəndlərində elektrik xətləri ilə bağlı yaranan problem aradan qaldırılıb.
Bildirək ki, sözügedən qurumun işçi briqadası tərəfindən ilkin olaraq Potu kəndində aşma ehtimalı olan ağacın və elektrik xətlərinə toxunaraq yola doğru əyilən budaqların budanılması işləri aparılıb.
Bununla yanaşı Cəyirli kəndinin təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub.Qeyd olunan kənddə uzun illər istismar olunan 10kv-luq ağac dayaqlar dəmir beton dayaqlarla əvəz olunub.