Mehriban Əliyeva kəlağayıya naxış vurdu – FOTO

Azadsöz.az  xəbər  verir  ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salam.

Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.

Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?

Usta: Yaxşıdır, çox sağ olun.

Prezident İlham Əliyev: Müştəri çoxdur?

Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.

Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.

Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.

Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.

Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.

Mehriban Əliyeva kəlağayıya naxış vurdu - FOTO

Mehriban Əliyeva kəlağayıya naxış vurdu - FOTO

Mehriban Əliyeva kəlağayıya naxış vurdu - FOTO

 

Ayakkabı Bot ve çizme Günlük ayakkabı Bot ayakkabı modelleri Çizme ayakkabı Terlik ayakkabı Sandalet Babet Spor ayakkabı Topuklu ayakkabı İç giyim Mayo Çorap Fantezi giyim İç çamaşır takımları Sütyen Gecelik Pijama takımı Gece elbisesi Plaj giyim Giyim Büyük beden Tesettür Etek Trenckot tarz eşofman takımları bayan Mont Gömlek Pantolon T-shirt Sweatshirt Kırmızı elbiseler Ceket Çanta Çanta aksesuarlar Bebek bakım çantası Spor çanta Okul çantası Laptop çantası Portföy çanta Bel çantası Postacı çantası El çantası Sırt çanta Bebek bakım çantası Omuz çantası