23 Noyabr 2024 17:57

Birinci və İkinci Qarabağ müharibəsinin veteran və qaziləri Göyçay Şəhidlər Xiyabanını ziyarət edib-FOTO

Azadsöz.az xəbər verir ki, 4 iyunda “Göyçay” qəzetinin təşkilatçılığı ilə Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan Göyçaylıların uyuduğu Şəhidlər Xiyabanında Birinci və İkinci Qarabağ müharibəsinin veteran və qaziləri ilə görüş keçirilib.Görüşdən əvvəl qəhrəman şəhidlərimiz ziyarət olunub.

Daha sonra hüquqşünas, jurnalist Anar Nağıyev Qarabağ müharibəsinin tarixinə diqqət çəkərək, 1988 ci ildən başlanan ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən danışıb. Birinci Qarabağ müharibəsi zamanı pərakəndə şəkildə Vətən uğrunda düşmənlə üz – üzə duran mərd oğullarımızın şücaətindən məlumat verib. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olması uğrunda 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan ordusunun zabit, əsgər heyyətinin qəhrəmanlığını vurğulayaraq, xalq iqtidar birliyindən, Prezident sərəncamına səs verən könüllülər ilində vətənpərvərlik ruhunun yüksək aşılanmasının şəxsən Göyçayda əyani şəkildə gördüyünü, 27 sentyabr 2020 ci ildə ilk şəhidimiz Zamiq Əhmədovdan son şəhidimiz olan Qalib ordunun Şəhid polkovniki Babək Səmidlinin dəfninə kimi vətəndaş məmur birliyindən, Zəfər qələbəsinin qazanılmasında, tarixə qızıl hərflərlə yazılmasından, bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb.
Görüşdə Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, tarixçi, araşdırmaçı, AYB in üzvü,şair, Xocal tanıtım ictimai birliyinin Şirvan regionun kordinatoru Aqil Kəngərli çıxış edərək, Azərbaycan tarixində dönüş nöqtəsi olan, tarix yazan qəhrəmanlarımız barədə danışaraq, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən, xarici jurnalistlərə Vətən müharibəsində verdiyi müsahibələri xatırladaraq, şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa arzulayıb.
Birinci Qarabağ müharibəsi döyüşçüsü, 706 hərbi hissənin 3 cü batalyonun komandiri olan Dağbəy Məhyədinov çıxışında Birinci Qarabağ müharibəsi zamanı baş verən hadisələr barədə məlumat verərək, 1992 – 93 cü illərdə rəhbərlik etdiyi batalyon igid döyüşçülərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlardan, 2020 ci ildə qazanılan qələbədə gənclərin vətənpərvər olaraq böyüməsini diqqətə çatdırıb. Keçmiş komandir Azərbaycanın əldə etdiyi hərbi gücü yüksək qiymətləndirərək, Göyçay rayonunda şəhid ailələrinə və qazilərə, veteranlara göstərilən diqqətə görə rayon rəhbərliyinə veteranlar adından təşəkkürünü bildirib.
Həmyerlimiz Qarabağ müharibəsi döyüşçüsü olan 1992 ci ildə könüllü olaraq 706 cı hərbi hissəyə gedərək, düşmənlə döyüşlərə qatılan, 1993 cü ildə Qubadlı, Hadrut, 1994 cü ildə Qubadlı, 1994 cü ilin yanvarında Ağdam uğrunda gedən döyüşdə olan, fevralında isə Fizuli istiqamətində yaralanan Məmməd Məmmədli Göyçay rayonunda bütün şəhidlərimizə verilən yüksək qiyməti görüş iştirakçılarına bildirib. Bu gün ziyarət olunan Şəhidlər Xiyabanında uyuyan qəhrəmanların daim ziyarət olunmasının mənəvi borc olduğunu vurğulayan Qarabağ müharibə veteranı bu günkü görüşün nümunəvi bir addım olduğunu qeyd edib.
Sonra Göyçay informasiya agentliyinin redaktoru, Azadsoz.az xəbər saytının təsisçisi və baş redaktor Səbuhi Eltonlu çıxış edərək, Vətən müharibəsində şəhid olan jurnalistlərimizin ildönümündə onların ölkəmizdə ehtiram və hörmətlə yad edildiyini diqqətə çatırıb.
Sonda görüş iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, tədbirdə Birinci və İkinci Qarabağ müharibəsinin veteran və qaziləri, Şəmkir, Quba, Mingəçevir, Şirvan, Sabirabad, Hacıqabul, Masallı, Yevlax, Siyəzən rayonlarından gələn müharibə döyüşçüləri, Göyçay rayon ictimaiyyət nümayəndələri, gənclər, mətbuat nümayəndələri iştirak edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul