23 Noyabr 2024 13:22

Vladimir Putin əməliyyat olundu

Azadsöz.az xəbər verir ki, İnternetdə Rusiya prezidenti Vladimir Putinin mayın 16-dan 17-nə keçən gecə əməliyyat olunması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə “General SZR” teleqram kanalı məlumat paylaşıb. 

“Prezidentin (Vladimir Putin –  red) müalicəsində iştirak edən həkimlərin dediyinə görə, əməliyyat uğurla keçib. Biz artıq demişdik ki, Putin şəxsən mayın 17-dən 19-na kimi informasiya məkanında olmayıb”, – mesajda deyilir.

Teleqram kanalının məlumatına görə, mayın 17-dən 19-dək informasiya məkanında “konservləşdirilmiş” əvvəlcədən yazılmış görüşlər və mesajlar yerləşdirilib və Putin bu müddət ərzində şəxsən iki dəfə telefon danışıqları aparıb.

“Mayın 20-də əvvəlcədən Rusiya Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə iclası keçirilib, orada prezidentin girişi əvvəlcədən qeydə alınıb və Putinin videoformatda iştirakı bir həftə əvvəl olduğu kimi Deepfake texnologiyası ilə dəstəklənib”, – deyə bildirilib. 

İddialara görə, mayın 20-də Putinin vəziyyəti pisləşsə də, 21-i səhər saatlarında həkimlər onun vəziyyətini stabill olduğunu deyiblər. 

“Həkimlər Putinə yaxın günlərdə sakitləşməyi tövsiyə edir və onu görüşlərdə şəxsi iştirakdan çəkinməyə çağırır”, – deyə  kanal yazıb. 

Bildirilir ki, Putinin səhhətinin real vəziyyətini bilən azsaylı şəxslərdən biri Aleksandr Lukaşenkodur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul