Azadsöz.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ucar rayonuna səfəri çərçivəsində Göyçay rayonunda şəhid və qazi ailələrini ziyarət edib, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Şəhid Şirinov Eldarın xatirəsinə tikilmiş bulağın açılış mərasimində iştirak edib.
Rəşad Nəbiyev şəhid Şirinov Eldar Bağır oğlunun ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan söz açılıb, xatirələr dinlənilib.