Azadsöz.az xəbər verir ki, rayonun Mirzəhüseynli kənd sakini, 1951-ci il təvəllüdlü İsmayılova Nəsibə Babaş qızı yaşadığı evdə naməlum səbəbdən bədənin müxtəlif nahiyyəsindən yanıq xəsarətləri alıb.
Oğlunun ailəsi ilə birgə yaşayan 71 yaşlı qadın ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qadının ailəsində söz-söhbət olduğu və üzərinə benzin tökərək yandırma hadisəsi baş verdiyi ehtimal olunur.
Nəsibə İsmayılovanın vəziyyəti ağır olduğu üçün hadisə ilə bağlı hələ ki, onu danışdırmaq mümkün olmayıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.