23 Noyabr 2024 15:29

Baş nazirdən Dövlət büdcəsi ilə bağlı QƏRAR

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 10 yanvar 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir ki, “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 dekabr 2021-ci il 24 dekabr tarixli qanunun icrasını təmin etmək məqsədilə “Dövlət büdcəsinin sair daxilolmalarının proqnozu” anlayışından “dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar” çıxarılsın.

Bundan başqa, dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmaların proqnozunun növbəti büdcə ilində dövlət büdcəsinə gözlənilən daxilolmaların məbləği müvafiq təkrar borc sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilməsinə dair bənd də mövcud qərardan çıxarılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul