Azadsöz.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə, Ayaz İmaməliyev Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə BŞİH-nin Aparatının rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmin tarixdən indiyə qədər BŞİH-nin Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunmuşdu.
Qeyd edək ki, Ayaz İmaməliyev bundan əvvəl BŞİH-də ümumi şöbənin və BŞİH-nin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.