Azadsöz.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 16-da Moskvaya çağırılıb.
O, KTMT-nin baş katibi Stanislav Zasın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Mayın 16-da KTMT-nin 30 illiyi münasibətilə Moskvada KTMT-yə üzv dövlətlərin sammiti keçiriləcək. Liderlərin görüşü planlaşdırılır. KTMT-nin baş katibi Stanislav Zas və hazırda KTMT-yə sədrlik edən Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan tədbirin nəticələri barədə jurnalistlərə məlumat verəcəklər”.