Azadsöz.az xəbər verir ki, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və aidiyyəti təşkilatların iştirakı ilə rayon ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri davam etdirilir.Heydər Əliyev parkındakı oturacaqlar bərpa edilərək yenidən rənglənib, yararsız halda olan piyada səki daşları yenisi ilə əvəzlənibdir.
Şəhərin Heydər Əliyev prospektində, Nizami, Natəvan, N.Nərimanov, M.Hüseynzadə, Atatürk, M.Ə.Rəsulzadə, Zərdabi küçələrində yolların kənarları məişət tullantılarından, kol-kosdan, suvarma arxları lil və çöküntülərdən təmizlənibdir.
Həmçinin rayon ərazisində ağacların, yaşılllıqların suvarılması işləri aparılıb, küçə və prospektlərdəki yol cizgi xətləri, piyada zolaqları yenilənibdir.
Bununla yanaşı Çərəcə Qarayazı kəndlərinin ərazisindən keçən suvarma arxları rayon Suvarma Sistemləri idarəsi tərəfindən lil və çöküntülərdən təmizlənib, Mallı Şıxlı, Yeniarx, Hacıağabəyli kəndlərinin suvarılmasında istifadə edilən su ötürücü şülüzlər cari təmir olunubdur.