Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçayın Çərəkə kənd sakini Salmanov Paşa Həkim oğlunun anım günüdür. Salmanov Paşa 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. 2013-cü ildə Çərəcə kəndində orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanır.
Paşa Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib.Oktyabr ayının 15-də Füzuli istiqamətində gedən döyüşlərdə başından qəlpə yarası alır. 52 gündən sonra həkimlərin səyinə baxmayaraq dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib.6 dekabr 2020 ci ildə doğulduğu Göyçay rayon Çərəcə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Salmanov Paşa Həkim oğlu ölümündən sonra “Cəsur döyüşçü” , “Vətən uğrunda medalları ilə təltif edilib.