Azadsöz.az xəbər verir ki, bu gün Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümüdür.Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
İkinci Qarabağ döyüşlərində şücaəti və əzmkarlığı seçilən Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində bir daha özünü sübut etdi.Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Vidadi Xəlilov 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq, şəhadətinə qovuşub.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi, Şəhid Polkovnik-leytenantın hərbiçi yoldaşları, N saylı hərbi hissənin rəhbərliyi, əsgərlər,rayon ictimaiyyəti və gənclər tərəfindən 2020-ci il noyabrın 1-də Göyçayda Şəhidlər Xiyabanınında dəfn olunan polkovnik-leytenantımız bu gün tək Göyçaylılar üçün yox bütöv Azərbaycanın qürur mənbəyidir.
Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.