Azadsöz.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə paylaşım edib.
Nazirliyin rəsmi tviter səhifəsində yayılan paylaşımda deyilir:
“Respublika Günü münasibəti ilə qardaş Türkiyə hökümətini və Türkiyə xalqını ən xoş arzularımızla təbrik edirik.
Cümhuriyyət bayramın mübarək, can Türkiyə!”