Azadsöz.az xəbər verir ki, bu gün şair, publisist, aktyor, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977) və Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982) Nüsrət Kəsəmənlinin anım günüdür. Nüsrət Yusif oğlu Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonunda anadan olub.1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika ixtisasına daxil olub. 1969-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edilib və bununla əlaqədar qiyabi şöbəyə keçirilib.Universiteti bitirdikdən sonra, 1978-1985-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərinin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak edib.Fəal ictimaiyyətçi olub.
1981-1984-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultaylarında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib.Həmin ildən “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.2003-cü ilin oktyabrın 15-də Təbrizdə vəfat edib.
Nüsrət Kəsəmənlinin film sahəsində əvəzolunmaz xidmətləri olub:
Bakı-42 (1985, qısametrajlı sənədli film) – redaktor
Ayrılıq üçün bəhanə (2011, qısametrajlı bədii film) – mahnı mətni müəllifi