23 Noyabr 2024 18:06

Prezident 307 saylı tam orta məktəbdəki şəraitlə tanış oldu-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Sabunçu rayonundakı 307 saylı tam orta məktəb də əsaslı təmir edilib və burada yeni korpus tikilib.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan dövləti bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

2006-cı ildə inşa edilən 1176 şagird yerlik 307 saylı tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. Təhsil müəssisəsində kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq, qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb.

Qeyd edək ki, həm 71 saylı, həm də 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və tikinti işləri dövlətimizin başçısının “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul