Azadsöz.az xəbər verir ki, Gorus-Qafan yolundakı Azərbaycan postu İran yük avtomobillərindən tranzit haqqı aldığına görə, onlar yardımlarını dolambac və sərt döngələri olan alternativ yoldan keçməklə ermənilərə çatdırırlar.
Bu barədə erməni KİV-ləri məlumat yayıb. Belə ki, İrana məxsus yük avtomobillərinin alternativ yollardan istifadə edərək, Ermənistana yük daşıdığı görüntülənib.