Azadsöz.az xəbər verir ki, Taleh Xasməmmədov adlı şəxsin Göyçayda COVİD-19 pandemiyası ilə əlaqədar polis postları qurulması ilə bağlı facebook hesabında paylaşdığı status ictimaiyyətdə narahatlıq yaradıb.
Məsələyə aydınlıq gətirən DİN – in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Göyçayın Qaraməryəm kəndində polis postlarının quraşdırılması və kəndin nəzarətə götürülməsi barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.