Azadsöz.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Göyçayın Çaxırlı kəndinin bir qrup sakini kənddə yaranmış su qıtlığı ilə əlaqədar rayon icra hakimiyyətinin qarşısına toplaşaraq, aksiya keçirib.
Qeyd edək ki, sakinlərin probleminə Göyçay rayon icra hakimiyyətindən reaksiya verilib. Çaxırlı kənd sakinləri Göyçay rayon icra hakimiyəti başçısının 1 ci müavini İkram Vəliyev tərəfindən qəbul olunub.Qəbulda sakinlərin su problemi ilə bağlı təkliflər dinlənilib. Rayon icra hakimiyyəti rəsmisi məsələnin təcili həllinə dair komissiyanın yaradılmasını, su təminatının təminatı ilə bağlı tapşırıq verib.
Rayon suvarma sistemləri idarəsi, Çaxırlı kənd icra nümayəndəliyinə və kənd bələdiyyəsinə, kənd ağsaqqallarının nəzarəti ilə növbəli şəkildə arx vasitəsilə suyun kəndin aşağı hissəsinə çatdırılması nəzarətə götürülüb.
Xatırladaq ki, sakinlərin suvarma ilə bağlı şikayəti nəticəsində Çaxırlı kənd su birliyinin rəhbəri Babək Baxışov tutduğu vəzifədən azad olunub.