Azadsöz.az xəbər verir ki, bu gün Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan parkın açılışı olub.
Tədbirdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak edib.Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.
Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb. Məlumata görə, həyətyanı sahələr “IDEA” İctimai Birliyinin tövsiyə etdiyi standartlara uyğun abadlaşdırılıb.
Qeyd edək ki, Polad Həşimovun anası Səmayə xanım da parkın açılışında iştirak edib.