Azadsöz.az xəbər verir ki, Göyçayın Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.
Qeyd edək ki, R.Salmanovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.