Azadsöz.az xəbər verir ki, FİFA futbol qaydalarında daha bir dəyişikliyə hazırlaşır. Yeni qayda ilə bağlı testlər U-19-lar arasında “Future of Football Cup” turnirində sınaqdan keçirilir.
Həmçinin, oyunçu dəyişiklikləri limitsiz həyata keçirilir. Autun əllə deyil, ayaqla meydana daxil edilməsi də təcrübən keçirilir. Sarı vərəqə alan futbolçular 5 dəqiqəlik meydandan kənarlaşdırılır.
Turnirdən sonra FİFA sınaqların nəticələrinə əsasən qiymətləndirmə aparacaq. Bundan sonra yeni qaydaların peşəkar səviyyədə həyata keçirilə biləcəyi müzakirə olunacaq.