Azadsöz.az xəbər verir ki, iyulun 15 -də İkinci Vətən müharibəsində şəhid olan Göyçay sakini Həsənov Maarif Rahim oğlunun xatirə bulağının açılışı olub.Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib.
Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə çıxış edərək, şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıb.Şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə can sağlığı arzu edib.
Mərasimdə çıxış edən digər şəxslər Maarif Həsənovla bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib.
Xatırladaq ki, Maarif Həsənov noyabrın 17-də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.