Azadsöz.az xəbər verir ki, Göyçayın Bəydövül kənd sakini 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu itkin düşüb.Amid Hacıyev iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onu görən şəxslərdən DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Amid Hacıyevin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.