Azadsöz.az xəbər verir ki, Cənab Prezidentin tapşırığı ilə Arif Quliyevin məzar daşı hazırlanıb.Bu barədə aktyorun ailəsindən bildirilib:
“Cənab Prezidentin tapşırığı ilə aidiyyatı qurum ailəmizlə əlaqə saxladı və artıq məzar daşı hazırdır. Arif Quliyevin adına layiq bir məzardaşıdır, ailəmiz adından dövlətimiz və cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda Yenicag.az saytına, bizə dəstək nümayiş etdirən aktyor Natiq Fərzəliyevə təşəkkür edirik ki, bu məsələni gündəmə gətirdiniz və tez bir vaxtda problemimiz həllini tapdı”.
Xatırladaq ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyev “Yeni Klinika”da müalicə olunurdu.Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.
Qeyd edək ki, 2021-ci ildə 6 mayda vəfat edən Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.